Türkiyə Afrində quru əməliyyatlarına başlayıb
Bakı, 21 yanvar, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələri Afrində yerüstü əməliyyatlara başlayıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada keçirdiyi görüş zamanı bildirib.
Ərdoğan deyib: "İnşallah, bu əməliyyatı çox qısa müddətdə tamamlayacağıq".
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri dünən axşam saatlarında Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.
Əməliyyatın məqsədi Türkiyənin Suriya ilə sərhədində və bölgədə təhlükəsizliyi təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir. Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]