DÜNYA


Türkiyə Ali Hərbi Şurasının tərkibində dəyişiklik olub

A+ A

Bakı, 31iyul, AZƏRTAC

Türkiyə Ali Hərbi Şurasının strukturunda dəyişikliklər edilib.

AZƏRTAC “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, yeni strukturda Baş nazirin müavinləri, ədliyyə naziri, xarici işlər naziri və daxili işlər naziri də Şuraya üzv olublar. Beləliklə, yeni Ali Hərbi Şura Baş nazir, baş qərargah rəisi, Baş nazir müavinləri, ədliyyə naziri, xarici işlər naziri, daxili işlər naziri və milli müdafiə naziri ilə qüvvə komandirlərindən ibarətdir.

Dəyişikliyə əsasən, Şuranın kargüzarlıq xidmətləri Milli Müdafiə Nazirliyində aparılacaq. Şuranın iş üsulları, baş katibliyin hər cür iş və əməliyyatları Yüksək Hərbi Şura ilə qəbul ediləcək. Bütün proseslər Baş nazir tərəfindən çıxarılacaq əsasnamə ilə müəyyən olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.