DÜNYA


Türkiyə Avstriyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb

A+ A

Vyana, 23 avqust, AZƏRTAC

Avstriya və Türkiyə arasında son həftələrdə davam edən gərginlik yenidən artıb. Ankara “Avstriya ilə münasibətlərə dair məsləhətləşmələr aparmaq” məqsədilə bu ölkədəki səfirini geri çağırıb.

Avstriyanın Xarici İşlər Nazirliyindən mətbuata verilən açıqlamada Avstriyanın Türkiyədəki səfiri Qeorq Oberrayterin də Ankarada Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiq ediblər.

Budəfəki gərginliyə səbəb isə avqustun 20-də Vyanada rəsmi qurumların icazəsi ilə “Türkiyədə insan haqlarının pozulması və Abdullah Öcalanın həbsinə qarşı etiraz” adlı nümayişin keçirilməsi olub. Həmin gün 300-dək polisin müşayiəti ilə təxminən 500 nümayişçi şəhərin mərkəzi küçələri ilə yürüş edərək, Avstriya Parlamenti qarşısında bəyanat səsləndiriblər.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bildirib ki, Avstriya bəzi terror təşkilatlarına qarşı olsa da, Türkiyə əleyhinə fəaliyyət göstərən terror təşkilatlarına dəstək göstərir. Bu da iki ölkə arasında qarşılıqlı münasibətlərə yenidən baxılmasını tələb edir.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.