DÜNYA


Türkiyə-Bolqarıstan gömrük-keçidində avtomobillərin hərəkətində problemlər yaranıb

A+ A

İstanbul, 2 oktyabr, AZƏRTAC

Türkiyə ilə Bolqarıstan arasındakı “Kapıkule” gömrük-keçid məntəqəsində iritutumlu yük avtomobillərinin hərəkətində problemlər yaranıb.

Anadolu Agentliyinin məlumatına görə, Türkiyədən Bolqarıstana keçmək istəyən maşınların növbə uzunluğu 25 kilometrə çatıb. Ən azı 100 yük maşını keçid növbəsi gözləyir. Bildirilir ki, gömrük-keçid məntəqəsindəki sıxlıq Bolqarıstan tərəfinin ölkə ərazisinə qanunsuz keçidlərin qarşısını almaq üçün yoxlamaları gücləndirməsi səbəbindən yaranıb. Hazırda üç gündən bəri keçid üçün növbə gözləyən sürücülər var.

Qeyd edək ki, bu gömrük-keçid məntəqəsində oxşar vəziyyət cari ilin yayında da yaranmışdı.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.