DÜNYA


Türkiyə: CHP sədrinin maşın karvanı atəşə tutulub [YENİLƏNİB] VİDEO

A+ A

Türkiyənin daxili işlər naziri Əfqan Ala CHP sədri Kamal Kılıçdaroğlunun avtomobil karvanının atəşə tutulması nəticəsində təhlükəsizlik qüvvələrinin 3 əməkdaşının yaralandığını bildirib. Onlardan birinin vəziyyəti ağırdır. 

Nazirin verdiyi məlumata görə, hücum PKK silahlıları tərəfindən həyata keçirilib. Bölgədə terrorçulara qarşı əməliyyata başlanılıb.

 

16:20

Bakı, 25 avqust, AZƏRTAC 

Türkiyənin Artvin vilayətinin Şavşat qəsəbəsində CHP sədri Kamal Kılıçdaroğlunun maşın karvanı atəşə tutulub.

K.Kılıçdaroğlu Artvinə səfəri çərçivəsində vətəndaşlarla söhbət etdikdən sonra rayondan ayrılıb. Bir müddət sonra maşın karvanını müşayiət edən təhlükəsizlik qüvvələrinə atəş açılıb. Təhlükəsizlik qüvvələri cavab atəşi açıblar. K.Kılıçdaroğlu və nümayəndə heyəti təhlükəsizlik qüvvələrinin müşayiəti ilə Şavşat qəsəbəsi istiqamətində hərəkət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.