DÜNYA


Türkiyə: Egey dənizində 6,2 bal gücündə zəlzələ olub

Bakı, 12 iyun, AZƏRTAC

Türkiyədə Egey dənizinin sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar Türkiyə vaxtı ilə 15:28-də (Bakı vaxtı ilə 16:28) İzmirin Karaburun rayonunda qeydə alınıb. Zəlzələnin 6,96 kilometr dərinlikdə baş verdiyi bildirilir.

NTV telekanalının yaydığı məlumata görə, bundan bir qədər sonra həmin regionda 4,9 bal gücündə ikinci zəlzələ olub. Yeraltı təkanlar İstanbul, İzmir, Çanaqqala, Manisa və Balıkesirdə də hiss edilib.

Vahiməyə düşən insanlar evlərini tərk edərək küçələrə qaçıblar. Dağıntı və tələfat barədə məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.