DÜNYA


Türkiyə Hərbi Dəniz Qüvvələrinin freqatı Kipr sahillərinə göndərilib

Bakı, 13 iyul, AZƏRTAC

Türkiyə Kiprin şelfində aparılan geoloji kəşfiyyatı müşahidə etmək üçün Hərbi Dəniz Qüvvələrinin “Gokceada” freqatını adanın sahillərinə yollayıb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının məlumatına əsasən, “Gokceada” freqatı Cənubi Kipr hökumətinin sifarişi ilə Şərqi Aralıq Dənizində geoloji kəşfiyyat apara biləcək “West Capellа” gəmisini müşahidə etmək üçün növbəyə başlayıb.

Bir qədər əvvəl Cənubi Kipr mediası Fransanın Total kompaniyasının “Afrodita” qaz yatağının 11-ci sahəsində kəşfiyyat quyuları qazmağa başlayacağı, buraya qazma qurğusu gətirildiyi barədə informasiya yaymışdı.

Ankara Cənubi Kiprin hakimiyyət orqanlarının adanın türk icmasının iştirakı olmadan neft-qaz yataqlarının kəşfiyyatına başlamasına mənfi yanaşır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın buna qarşı cavab tədbirləri görəcəyini bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.