MƏDƏNİYYƏT
Türkiyə Mədəniyyəti Günləri Bakının mədəni həyatında mühüm hadisə olacaq
Bakı, 23 noyabr, Salihə Əliyeva, AZƏRTAC
Türkiyə Mədəniyyəti Günləri Bakının mədəni həyatında mühüm hadisə olacaq.
Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik bunu jurnalistlərə müsahibəsində söyləyib.
Nazir Türkiyə ilə Azərbaycanın mədəniyyət və turizm sahəsində birgə layihələr həyata keçirməsi üçün işçi qrupun yaradılmasının planlaşdırıldığını diqqətə çatdırıb. Ömər Çelik bu məsələnin azərbaycanlı həmkarı Əbülfəs Qarayevlə görüşdə müzakirə edildiyini, həmçinin müvafiq proqramların da diqqət mərkəzində olduğunu bildirib. Türkiyəli nazir deyib: “Mədəniyyət və turizm üzrə yaradılacaq işçi qrup çərçivəsində biz qarşıdakı vəzifələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparmaq üçün müntəzəm olaraq görüşəcəyik”.
Ö.Çelik deyib ki, xalqların bir-birinin mədəniyyəti ilə daha yaxından tanış olmaları üçün mədəniyyət günlərinin bir həftə deyil, bir ay keçirilməsi məqsədəuyğun olardı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]