MƏDƏNİYYƏT
Türkiyə Mədəniyyəti Günləri çərçivəsində daha bir film nümayiş olunub
Bakı, 26 noyabr, AZƏRTAC
Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günləri çərçivəsində noyabrın 26-da “Yozqat Blues” filmi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, 2013-cü ildə Türkiyə və Almaniya kinematoqraflarının birgə istehsal etdikləri bu filmin rejissoru Mahmud Fazil Coşqundur. Dram və komediya janrında çəkilən filmin ssenari müəllifləri isə Tarık Tufan və Mahmud Fazil Coşqundur.
Filmin süjet xətti iş təklifi aldıqdan sonra Yozqata gedən 58 yaşlı Yavuz və onun tələbəsi, 30 yaşlı Neşenin münasibətləri üzərində qurulub.
Baş rolları Ercan Kesal, Ayça Damqaçı və Tansu Biçer oynayırlar.
“Yozqat Blues” filmi bir sıra beynəlxalq festivallarda nümayiş olunaraq, müxtəlif mükafatlara layiq görülüb.
Qeyd edək ki, Türkiyə Mədəniyyəti Günləri noyabrın 27-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]