DÜNYA


Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb [YENİLƏNİB]

A+ A

Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən və 4 saat 40 dəqiqə davam edən iclası başa çatıb.

İclasda müzakirə olunan məsələlərlə bağlı MGK-nın yazılı açıqlama yayacağı bildirilir.

MGK-nın iclasından sonra Türkiyə Nazirlər Kabinetinin toplantısı keçiriləcək.

X X X

14:35

Bakı, 20 iyul, AZƏRTAC 

İyulun 20-də Türkiyədə Milli Təhlükəsizlik Şurasının (MGK) iclası başlayıb.

AZƏRTAC xəbər verir ki, iclasda iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonrakı vəziyyət müzakirə edilir və bu istiqamətdə mühüm qərarlar qəbul olunacaq.

İclasda MGK-nın üzvləri – Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Silahlı Qüvvələrin Baş qərargah rəisi Hulusi Akar, Baş nazirin müavinləri, ədliyyə, milli müdafiə, daxili işlər, xarici işlər nazirləri, Quru Qoşunları, Hərbi Dəniz, Hərbi Hava və Jandarma Qüvvələrinin komandirləri iştirak edirlər.

MGK-nın iclasından sonra Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumət üzvlərinin toplantısı da keçiriləcək.

Qeyd edək ki, qiyamla əlaqədar Türkiyə Böyük Millət Məclisi baş katibinin müavinləri – Məhəmməd Bozdağ, Kamal Kaya və Mustafa Tamirci vəzifələrindən uzaqlaşdırılıb. Ümumilikdə 118 general və admiral saxlanılıb, 31 hakim və prokuror barədə məhkəmə nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul olunub. Həmçinin 86 hakim və prokurorun işi üzrə aparılan təhqiqatla əlaqədar daha 39 nəfərin həbsi ilə bağlı məhkəməyə müraciət edilib.

Dövlət çevrilişinə cəhdlə əlaqədar aparılan istintaq çərçivəsində əlavə 788 şübhəli barədə həbs qərarı verilib. Qiyamdan sonra müxtəlif nazirliklər, dövlət və özəl qurumlarda vəzifəsindən və işindən kənarlaşdırılan şəxslərin sayı 50 minə çatıb.

Polisin Türkiyə Nazirlər Kabinetinin binasında həyata keçirdiyi əməliyyat nəticəsində son vaxtlar “Twitter”də bir sıra məxfi məlumatların açıqlandığı “Fuat Avni” adlı hesabın işlədilməsində ittiham edilən 10 nəfər saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.