MƏDƏNİYYƏT


Türkiyə Monreal Beynəlxalq Film festivalında 11 filmlə təmsil olunur

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

Monreal Beynəlxalq Film Festivalına qonaq ölkə olaraq qatılan Türkiyə 11 filmi kinosevərlərə təqdim edib.

Anadolu agentliyinin məlumatına görə 40-cı ildönümü qeyd edilən Monreal film festivalına qatılan Türkiyənin “qonaq ölkə” olması münasibətilə xüsusi tədbir keçirilib.

Kanadalı film tənqidçiləri və sənət dünyasının böyük maraq göstərdiyi tədbirdə çıxış edən Türkiyənin Ottavadakı səfiri Səlcuq Ünal deyib ki, türk filmləri dünyanın sürətlə inkişaf edən kinoları arasında xüsusi yer tutur. Türk filmləri dünyanın əhəmiyyətli festivallarında mükafatlara layiq görülür. Hazırda türk kinosu sektorunun film istehsalı ötən 10 ilə müqayisədə ikiqat artıb. Türk kinosu Türkiyəni bütün dünyaya tanıdır. Türkiyə, ABŞ və Hindistandan sonra film istehsalına görə dünyada üçüncü yerdədir.

Sentyabrın 5-dək davam edəcək festivalda Türkiyəni təmsil edən “Toz”, “Yemekteydik” “Karar Verdim” filmlərinin dünya premyerası keçirilib.

Qeyd edək ki, Azərbaycan filmləri ötən illərdə sözügedən film festivalında iştirak edərək, müxtəlif nominasiyalarda uğur qazanıb. Bu il isə filmlərimiz festivalda nümayiş olunmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.