Türkiyə NATO ilə əlaqələri kəsməyi planlaşdırmır
Bakı, 21 noyabr, AZƏRTAC
NATO-nun Norveçdəki təlimlərində baş verən insidentdən sonra Türkiyə Şimali Atlantika Alyansı ilə əlaqələri kəsməyi planlaşdırmır. Bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bəyan edib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, İbrahim Kalının sözlərinə görə, Ankara belə bir insidentin necə baş verdiyini və gələcəkdə yenidən təkrar olub-olmayacağını bilmək istəyir.
Xatırladaq ki, Ankara və NATO arasında yeni gərginlik dalğası noyabrın 18-də yaranıb. Norveçdəki ştab təlimləri zamanı Mustafa Kamal Atatürkün və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın portretləri şərti düşmən qismində istifadə olunub. Bu səbəbdən 40 türk əsgəri təlimlərdən geri çağırılıb.
İnsidentdən sonra Norveçin müdafiə naziri, həmçinin NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidentindən üzr istəyiblər. Ərdoğan isə bildirib ki, bu, üstü quru üzrxahlıqla örtülə biləsi hadisə deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [23:00]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [22:54]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:22]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [21:39]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:27]
Leysan yağışları Batumidə həyatı iflic edib
- 19.09.2026 [21:25]
Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb
- 19.09.2026 [16:49]
Münxendə 191-ci Oktoberfest start götürüb
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]