DÜNYA


Türkiyə Özbəkistanla münasibətlərdə yeni səhifə açılmasını istəyir

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistan və Özbəkistana səfəri başlayır.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti səfər öncəsi Ankaranın Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında ölkəsinin Özbəkistanla münasibətlərdə yeni səhifə açılmasını istədiyini deyib.

Türkiyə Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan noyabrın 17-18-də Daşkəndə səfəri zamanı Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Baş nazir Şavkat Mirziyayev ilə görüşəcək. Görüşdə ikitərəfli münasibətlərin inkişafının, habelə regional və beynəlxalq proseslərin müzakirə olunması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.