DÜNYA


Türkiyə Prezidenti: 15 iyul tarixini Şəhidlərimizi Anma Günü elan edirik

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi mətbuat konfransında türk xalqının tarixində ən xəyanətkar, ən alçaq çevriliş cəhdinə qarşı müqavimətini qərarlı şəkildə davam etdirdiyini söyləyib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, vətəndaşları demokratiya keşiyini davam etdirməyə dəvət edən Ərdoğan deyib: “Fərasəti və cəsarəti ilə silahlı çevriliş təşəbbüsünü müvəffəqiyyətsizliyə uğradan qəhrəman millətimdən ölkəmiz bu çətin dövrdən tamamilə çıxana qədər meydanlarda tutduğu demokratiya keşiyini davam etdirməsini xahiş edirəm. Gələcək nəsillər 15 iyul demokratiya müqavimətinin bütün qəhrəmanlarını heç vaxt unutmayacaq. 15 İyul tarixini hər il Şəhidlərimizi Anma Günü kimi elan etdiyimizi də bu münasibətlə sizlərlə bölüşmək istəyirəm.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.