DÜNYA


Türkiyə Prezidenti: Bakı-Tbilisi-Qars xətti Çin dəmir yoluna birləşdiriləcək

A+ A

İstanbul, 6 sentyabr, AZƏRTAC 

Tikilməkdə olan Bakı-Tbilisi-Qars xətti Çin dəmir yoluna birləşdiriləcək.

Bu barədə Çinin Hançjou şəhərində keçirilən “Böyük İyirmilik” (G20) Sammiti çərçivəsində təşkil olunan mətbuat konfransında Türkiyənin iştirakı ilə həyata keçirilən iqtisadi layihələrdən bəhs edən Prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib.

İstanbul boğazının altından inşa olunan “Marmaray” və boğazın üstündə yeni istifadəyə verilən Yavuz Sultan Səlim körpüsündə salınmış dəmir yolu xətlərinin əhəmiyyətindən danışan Türkiyə Prezidenti diqqətə çatdırıb ki, London-Pekin dəmir yolu xətti layihəsi tarixi İpək Yolu üzərində çox mühüm rola malik layihədir. Dövlət başçısı bildirib ki, hazırda Türkiyə və Çin birlikdə Qars-Edirnə dəmir yolu layihəsi üzərində çalışırlar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.