SİYASƏT
Türkiyə Prezidenti İstanbulda keçirilən NATO PA-nın 62-ci sessiyasında çıxış edir
İstanbul, 21 noyabr, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə İstanbulda keçirilən NATO Parlament Assambleyasının (PA) 62-ci sessiyası noyabrın 21-də işini davam etdirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sessiyada çıxış edir.
Qeyd edək ki, sessiyada ölkəmizi Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov daxildirlər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul