DÜNYA


Türkiyə Prezidenti İstanbulda vətəndaşlar qarşısında çıxış edib

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Kısıklıda vətəndaşlar qarşısında çıxış edib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının çıxışının əsas mövzusu iyulun 15-də Türkiyədə baş verən hərbi çevriliş cəhdi ilə əlaqədar olub.

Rəcəb Tayyib Ərdoğan deyib: “Çərşənbə günü MTŞ və Nazirlər Kabineti toplanacaq və əhəmiyyətli qərarlar açıqlanacaq”.

Türkiyə Prezidenti dövlət çevrilişində əli olan hər kəsin qanun qarşısında cavab verəcəyini bildirməklə yanaşı, qarşıdakı aylarda reallaşdırılacaq layihələrdən, həmçinin İstanbulun abadlaşdırılması üçün görüləcək işlərdən söz açıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.