DÜNYA


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda çıxış edib

Bakı, 16 iyul, AZƏRTAC

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı evinin qarşısında toplaşan tərəfdaşlarına canlı yayımda müraciət edib.

Türkiyə dövlətinin başçısı ölkədə uğursuz dövlət çevrilişindən sonra ABŞ-a səslənib. O, Fətullah Gülənin Türkiyəyə verilməsini istəyib. Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Amerikaya səslənirəm. Cənab Prezidentə səslənirəm. Bu çevrilişdən sonra Pensilvaniyadakı o şəxsi Türkiyəyə təslim edin”.

Türkiyə Prezidenti hazırda vəziyyətin nəzarətdə olduğunu qeyd edib. O, Türkiyə Silahlı Qüvvələri ilə xalqı üzə-üzə gətirmək istəyənlərin olduğunu vurğulayıb və hərbi çevrilişə cəhd edənlərin Türkiyə Silahlı Qüvvələri içərisində azlıqda qalan qrup olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.