DÜNYA


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçilib

Bakı, 21 may, AZƏRTAC

Bu gün Ankara idman salonunda keçirilən Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 998 günlük fasilədən sonra yenidən partiyanın sədri seçilib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla bildirir ki, keçirilən gizli səsvermədə Prezident Ərdoğanın namizədliyini 1414 nümayəndə dəstəkləyib.

Növbədənkənar qurultay Rəcəb Tayyib Ərdoğanın partiya rəhbəri seçilməsi üçün keçirilib.

Türkiyə lideri bu il aprelin 16-da keçirilən Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun nəticələri elan olunduqdan sonra AKP sədrliyinə qayıtmaq barədə qərar verib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan partiyanın sədri postundan 2014-cü ilin avqustunda istefa vermişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.