DÜNYA


Türkiyə Prezidenti: Səfirin qətlə yetirilməsi Rusiya-Türkiyə münasibətlərinə qarşı təxribatdır

A+ A

İstanbul, 20 dekabr, АZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yeririlməsini Türkiyə-Rusiya münasibətlərini pozmağa yönəlmiş təxribat adlandırıb.

Türkiyənin dövlət başçısı diqqətə çatdırıb ki, hər iki ölkənin rəhbərliyi bu təxribatın baş tutacağına imkan verməyəcək qədər iradəlidir.

"Səfirin qətlə yetirilməsinə görə Türkiyə xalqı və şəxsən öz adımdan Prezident Vladimir Putinə, həmçinin dost Rusiya xalqına bir daha başsağlığı verirəm", - deyən Türkiyənin dövlət başçısı rusiyalı həmkarı ilə telefon danışığında bildirib ki, beynəlxalq terrorçuluqla mübarizədə bundan sonra daha böyük həmrəylik nümayiş etdiriləcəkdir.

Prezident Ərdoğan qeyd edib ki, səfir Andrey Karlovun qətlə yetirilməsi Türkiyənin dövlət və hökumət orqanları tərəfindən ciddi şəkildə araşdırılır və proses tam olaraq nəzarət altındadır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.