CƏMİYYƏT


Türkiyə Prezidenti TDƏŞ-in baş katibini qəbul edib

A+ A

İstanbul, 6 avqust, AZƏRTAC 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənovu qəbul edib.

İyulun 15-də Türkiyədə törədilən dövlət çevrilişinə cəhdlə əlaqədar TDƏŞ-in Türkiyə dövləti və xalqının yanında olduğunu söyləyən R.Həsənov diqqətə çatdırıb ki, Şura bu məsələdə sərgilədiyi qətiyyətli mövqeyini bundan sonra da saxlayacaq. Baş katib qeyd edib ki, təşkilata üzv ölkələrdən ötən günlərdə Türkiyə dövlətinə çoxlu sayda dəstək mesajı daxil olub.

Göstərdiyi qətiyyətə görə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına təşəkkürünü bildirən Türkiyə Prezidenti çətin günlərdə qardaş ölkələrdən gələn dəstəyi yüksək qiymətləndirib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.