DÜNYA
Türkiyə Prezidenti TÜRKSOY-un nümayəndə heyətini qəbul edib VİDEO
Ankara, 23 mart, AZƏRTAC
Xəbər verdiyimiz kimi, TÜRKSOY, Türkiyənin Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ankara valiliyi ilə böyükşəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə Ankarada Novruz mərasimləri təşkil olunub.
Mərasimdə TÜRKSOY-un dəvəti ilə türkdilli ölkələrdən gələn musiqi qruplarının ifaları ilə geniş konsert proqramı olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TÜRKSOY-un rəhbərliyini və türkdilli ölkələrdən gələn nümayəndə heyətlərini qəbul edib. Türkiyə hökumət nümayəndələrinin də iştirak etdiyi qəbulda TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbərlik etdiyi qurumun fəaliyyəti, o cümlədən Novruz mərasimlərinin təşkili barədə ümumi məlumat verərək bildirib ki, TÜRKSOY martın 28-də BMT-də, aprelin 1-də isə Vaşinqtonda Novruz konsertləri təşkil edəcək.
Ümumilikdə TÜRKSOY-un fəaliyyətini yürksək dəyərləndirən Türkiyənin dövlət başçısı türkdilli xalqların ortaq sərvəti olan Novruzun bütün dünya üçün sülh və birlik bayramı olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, 2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara