DÜNYA


Türkiyə Prezidenti göstərdiyi dəstəyə və həmrəyliyə görə xalqa təşəkkür edib

A+ A

İstanbul, 16 iyul, AZƏRTAC 

Prezident Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanının qarşısına toplaşan çoxsaylı vətəndaşlar qarşısında çıxış edərək dünən axşam baş verən qiyama qarşı göstərdiyi dəstəyə və həmrəyliyə görə Türkiyə xalqına təşəkkür edib.

“Biz müqəddəs bir yürüşün iştirakçılarıyıq”, - deyən dövlət başçısı qeyd edib ki, bəzi qüvvələr Türkiyənin inkişafını, bu xalqın güclənməsini həzm edə bilmirlər. O vurğulayıb ki, qiyamçılar silahları, tankları xalqa tuşlayacaq, helikopterlərdən vətəndaşlara atəş edəcək qədər Vətən xainləridir. Onlar heç vaxt öz məqsədlərinə nail ola bilməyəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.