DÜNYA


Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri: 15 iyul son dərəcə fövqəladə hadisə idi

Ankara, 15 iyul, Nihad Budaqov, AZƏRTAC

Türkiyə Qızıl Aypara Cəmiyyəti Azərbaycanın, eləcə də keçmiş SSRİ ölkələrinin müvafiq qurumları ilə sıx əməkdaşlıq edir. Gələcəkdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələri daha genişləndirməyə hazırıq.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kərəm Kınık 15 İyul - Demokratiya və Milli Birlik Günündə Ankarada əcnəbi media nümayəndələri ilə keçirilən görüşdə deyib.

O bildirib ki, 15 iyulda türk xalqı qanuni hökumətə, konstitusiyaya və demokratiyaya hücum edən terror təşkilatına öz canı-qanı bahasına layiqli cavab verdi. Millət həmin gecə F-16-ların, helikopter və tankların qarşısında dik dayandı və silahlı hərbçilərə boyun əymədi.

"Prezidentimizin çağırışına Türkiyə Qızıl Aypara Cəmiyyətinin əməkdaşları da qoşuldu və meydanlara toplaşdı. O qanlı gecədə bir əməkdaşımız həlak oldu, onlarla işçimiz yaralandı. Bizim əsas vəzifəmiz fövqəladə hallar zamanı xalqımızın yanında olmaqdır. 15 iyul isə son dərəcə fövqəladə hadisə idi. Bizim təşkilat Türkiyədə qan ehtiyatı yaradan yeganə qurumdur. İldə təxminən 3 milyon nəfərdən qan toplanır. Həmin gecə ən ümdə məqsədimiz xalqımıza kömək etmək idi", - deyə K.Kınık əlavə edib.

Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri 15 iyul hadisələrindən danışıb, mühüm dövlət obyektlərinin, media qrumlarının, o cümlədən "Türksat"-ın və TRT kanalının binalarının hücuma məruz qaldığını xatırladıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.