Türkiyə Silahlı Qüvvələri dövlət çevrilişi cəhdi ilə bağlı məlumat yayıb
Bakı, 19 iyul, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələri ölkədə baş verən son hadisələrlə bağlı məlumat yayıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, hazırda Türkiyə Silahlı Qüvvələrinin birliklərində vəziyyətə nəzarətin tam təmin edildiyi vurğulanıb. Bildirilib ki, dövlət çevrilişi cəhdi Türkiyə Silahlı Qüvvələrində başladılsa da, bunu etməyə çalışanların xalqımızın Peyğəmbər ocağı adlandırdığı Türkiyə Silahlı Qüvvələrinin Vətənini, xalqını, bayrağını sevən şəxsi heyəti ilə qəti şəkildə əlaqəsi yoxdur.
Qeyd olunub ki, bu rəzilliyi Türkiyə Respublikasına, şərəfli keçmişi olan Türkiyə Silahlı Qüvvələrinə, xalqa yaşadanlar ciddi şəkildə cəzalandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]