DÜNYA


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: Xainlər ən ağır şəkildə cəzalandırılacaqlar

A+ A

Bakı, 7 avqust, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinə sızmış FETÖ mənsublu xainlər tariximizdə görünməmiş bir şəkildə vətənimizə, millətimizə, respublikamıza bu rəzaləti yaşatdı, Silahlı Qüvvələrimizin şan və şərəflə dolu keçmişinə ləkə sürdülər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hülusi Akar İstanbulda keçirilən demokratiya və şəhidlər mitinqində çıxışında səsləndirib.

15 iyul dövlət çevrilişinə cəhddə iştirak edənlərə layiqli cavab verildiyini bildirən H.Akar deyib: “Bu rəzaləti Türkiyə dövlətinə, keçmişi şan və şərəflə dolu Türkiyə Silahlı Qüvvələrinə və zadəgan millətimizə yaşadan xainlər ən ağır şəkildə cəzalandırılacaqlar. Bundan heç kimin şübhəsi olmasın.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.