DÜNYA


Türkiyə XİN-in başçısı Tallində miqrasiya böhranını müzakirə edəcək

A+ A

Tallin, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Estoniyaya səfər edəcək.

Estoniya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, türkiyəli qonaq Tallində xarici işlər naziri Yurgen Liqi və baş nazir Taavi Rıyvasla görüşəcək. Görüşlərin əsas müzakirə mövzusu Estoniya-Türkiyə münasibətləri, Avropada təhlükəsizlik sahəsində vəziyyət, Suriyada baş verən miqrasiya böhranı olacaq.

Səfər çərçivəsində Mövlud Çavuşoğlu, həmçinin qeyri-müəyyənlik dövründə Türkiyənin xarici siyasəti mövzusunda mühazirə oxuyacaq.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.