İDMAN


Türkiyə "Rio-2016"da ikinci medalını qazanıb

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında Türkiyə ikinci medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi yarışlarında 130 kiloqram çəki dərəcəsində çıxış edən Rza Kayaalp fəxri kürsünün ikinci pilləsində yer alıb.

"Bakı-2015" ilk Avropa Oyunlarının qalibi, Avropa və dünya çempionu, "London-2012"nin bürünc mükafatçısı olan Rza Kayaalp Venesuela təmsilçisi Ervin Coz Karaballo Kabrera, Azərbaycan güləşçisi Sabah Şəriəti və almaniyalı Eduard Poppa qalib gələrək finala yüksəlib. Həlledici görüşdə türkiyəli güləşçi Kuba idmançısı Mijain Lopez Nunezə məğlub olaraq gümüş medalla kifayətlənib.

Bu çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Sabah Şəriəti isə yarışı bürünc medalla başa vurub.

Qeyd edə ki, Türkiyə bundan əvvəl ağır atletika yarışlarında 1 gümüş medal qazanmışdı .

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.