DÜNYA


“Türkiyə axını” qaz kəməri Macarıstanadək uzadılacaq

Bakı, 5 iyul, AZƏRTAC

Macarıstan və “Qazprom” şirkəti “Türkiyə axını” qaz kəmərinin bu ölkəyədək uzadılması barədə razılığa gəliblər.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin magistrala 2019-cu ilin sonlarında qoşulacağı gözlənilir.

Macarıstanın xarici iqtisadi əlaqələr və xarici işlər naziri Peter Siyyartonun sözlərinə görə, bu marşrut Rumıniya və ya Xorvatiyadan keçən marşruta nisbətən daha realdır.

Xatırladaq ki, Rusiyanın “Qazprom” şirkəti Qara dənizdən keçməklə “Türkiyə axını” qaz kəmərinin tikintisinə başlayıb. Bu layihə Ukraynadan yan keçərək təbii qazı Avropaya çatdırmaq məqsədi daşıyır. “Türkiyə axını” qaz kəmərinin ildə 15,75 milyard kubmetr gücə malik bir xətti Türkiyə bazarı, analoji gücə malik digər xətti isə Avropa bazarı üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.