DÜNYA
Türkiyə bayrağı altında üzən gəmi Egey dənizində atəşə tutulub
İstanbul, 4 iyul, АZƏRTAC
Türkiyə bayrağı altında üzən “M/V ACT” adlı quru yük gəmisinə Egey dənizində Yunanıstanın sahil-mühafizə qüvvələri tərəfindən atəş açılıb.
Rəsmi məlumata görə, gövdəsinə 16 mərmi dəyən gəmi dayanmayaraq özünü Türkiyənin ərazi sularına çatdırıb.
Türkiyənin Xarici İşlər Nazirliyi hadisədən təəssüfləndiyini ifadə edib. Nazirlik insidentlə bağlı açıqlamasında Kipr adasına dair problemin müzakirə olunduğu bir vaxtda İsgəndəriyyə və İzmit limanları arasında hərəkət edərək Rodos adası yaxınlığında lövbərdə olan gəminin atəşə tutulmasını ilk növbədə insan həyatına təhlükə yaradan hadisə kimi qınayaraq ümid etdiyini bildirib ki, gələcəkdə belə hallar təkrarlanmayacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]