İDMAN


Türkiyə boksçu: Bakıya çempion olmaq üçün gəlmişəm

Bakı, 12 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC

Azərbaycanda idman yarışları yüksək səviyyədə təşkil olunur və idmançılara dövlət qayğısı göstərilir.

Bu sözləri türkiyəli boksçu Hakan Doğan AZƏRTAC-a müsahibəsində deyib.

Döyüşlə bağlı təəssüratlarını bölüşən boksçu deyib: “Qayana təmsilçisi ilə döyüşüm çətin keçdi. Türkiyəli boksçulardan ilk olaraq rinqə mən çıxdım. Rəqibim məndən zəif döyüşsə də, fiziki cəhətdən güclü idi. Çox şükür ki, ona qalib gələ bildim”.

Növbəti döyüşdə Azərbaycan boksçusu, dünya çempionu Cavid Çələbiyevlə qarşılaşacağını deyən H.Doğan bu görüşdə də qalib gələcəyinə əminliyini bildirib: “Əlbəttə ki, azərbaycanlılar bizim qardaşlarımızdır. Hər ikimiz qalib gəlmək istəyirik. Ancaq mən çempion olmaq üçün buraya gəlmişəm və inanıram ki, döyüşdə Cavidə qalib gələcəyəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.