MƏDƏNİYYƏT
“Türkiyə caz festivalı” çərçivəsində daha bir unudulmaz konsert
Bakı, 16 oktyabr AZƏRTAC.
Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda keçirilən “Türkiyə caz festivalı” çərçivəsində qardaş ölkənin məşhur caz ustası, pianoçu, bəstəkar Evrim Demirel Ensemblenin konserti maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, konsertdə ifaçı pianoda öz əsərləri ilə yanaşı, bir sıra caz musiqilərini də səsləndirib. Fərqli ifası ilə Azərbaycan tamaşaçılarına unudulmaz anlar yaşadan Evrim Demireli musiqisevərlər ayaqüstə alqışlayıb. Onun türkiyəli ifaçı Oya Ergünlə birlikdə səsləndirdiyi “Sarı gəlin” mahnısı da gecəyə xüsusi rəng qatıb.
Qeyd edək ki, festivala Azərbaycanda fəaliyyət göstərən məşhur türk ifaçısı Oya Ergünün konsert proqramı ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]