İDMAN


Türkiyə çempionu “Beşiktaş” ispaniyalı hücumçu transfer edib

Bakı, 3 avqust, AZƏRTAC

Son Türkiyə çempionu olan “Beşiktaş” heyətinə yeni futbolçu cəlb edib.

AZƏRTAC xəbər verir ki, İstanbul klubu “Valensiya” komandasının hücumçusu Alvaro Neqredonu transfer edib. 31 yaşlı ispaniyalı hücumçu ilə 2+1 illik müqavilə imzalanıb.

“Qara qartallar” İspaniya millisinin üzvünün keçidi üçün İspaniya klubuna 2,5 milyon avro ödəyib. Təcrübəli futbolçu avqustun 4-də İstanbula gələcək və ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, karyerası boyunca “Real Madrid”, “Sevilla” və “Mançester City” kimi komandalarda forma geyən Neqredo 2014-cü ildən “Valensiya”nın heyətində çıxış edirdi. Hücumçu, son mövsümdə “Midlzbro”nun heyətində icarə əsasında çıxış edib və 36 oyuna 9 qol vurub.

Xatırladaq ki, “Beşiktaş” bir müddət əvvəl “Real Madrid”in portuqaliyalı futbolçusu Pepeni də transfer edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.