CƏMİYYƏT


Türkiyə daxili işlər nazirinin müavini Azərbaycanda həyata keçirilən miqrasiya siyasətinin uğurları barədə məlumatlandırılıb

Ankara, 31 yanvar, АZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

Nümayəndə heyəti Türkiyənin daxili işlər nazirinin müavini Səbahəddin Öztür ilə görüşüb.

Görüşdə miqrasiya məsələləri ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinin, eləcə də Azərbaycan və Türkiyə arasında bu sahəyə dair prosedur qaydalarının sadələşdirilməsinin əhəmiyyəti, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

İraq və Suriyadakı münaqişələr nəticəsində Türkiyənin qarşılaşdığı miqrant probleminin yaratdığı çətinliklər barədə məlumat verən S.Öztürk bu problemlərin həlli istiqamətində həyata keçirilən dövlət tədbirlərindən danışıb.

Firudin Nəbiyev Azərbaycanda həyata keçirilən miqrasiya siyasətinin uğurlu nəticələrindən, bu sahənin idarə olunmasında tətbiq olunan yeniliklərdən bəhs edib.

Tərəflər miqrasiya sahəsini əhatə edən məsələlər ətrafında qarşılıqlı faydalı münasibətlərin daha da artırılması üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacib olduğunu vurğulayıblar.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşdə iştirak edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.