DÜNYA


Türkiyə: dövlət sərhədi boyunca terrorçu dövlətin qurulmasına imkan verilməyəcək

İstanbul, 17 iyul, АZƏRTAC

Türkiyədə Milli Təhlükəsizlik Şurasının (MTŞ) növbəti iclası keçirilib.

Bu barədə verilən rəsmi açıqlamaya görə, bəzi müttəfiq ölkələrin PYD-YPG terror təşkilatlarına verdiyi silah və sursatın PKK terror təşkilatı tərəfindən ələ keçirilməsi faktı bu təşkilatların fərqli adlar altında olsa da, onların eyni mahiyyətli olması barədə Türkiyənin etiraz və xəbərdarlıq məsələsində haqlı olduğunu bir daha ortaya çıxarıb.

MTŞ-nın açıqlamasında bildirilir ki, Türkiyə dövlət sərhədlərində terrorçu dövlətin qurulmasına imkan verməyəcək, Suriya və İraq tərəfdən gələn təhdid və təcavüz cəhdləri bundan sonra da beynəlxalq hüquq əsasında təsbit edilərək zərərsizləşdiriləcək. Qeyd olunur ki, İraq Kürd regional rəhbərliyinin referendum barədə qərarı dəhşətli bir səhvdir və acı nəticələr verəcək. Türkiyə FETÖ, PDY, PKK, PYD, YPG və İŞİD başda olmaqla, bütün terrorçu təşkilatlarla mübarizəni davam etdirəcək.

Bundan başqa, qeyd olunur ki, Türkiyə bundan sonra da Şimali Kipr Türk Cümhuriyyətində maraq və mənafeyini qoruyacaq.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi MTŞ-nın tövsiyəsinə uyğun olaraq ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay uzatmaq barədə qərar qəbul edib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.