DÜNYA


Türkiyə göstərdiyi humanitar yardıma görə dünyada ikinci yerdədir

İstanbul, 22 iyun, АZƏRTAC

Türkiyə humanitar yardımlarına görə 2016-cı ilin göstəricilərinə əsasən dünyada ikinci yerdədir.

Türkiyə Respublikasının Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Komitəsinin (AFAD) məlumatına görə, qardaş ölkə ötən il humanitar yardım məqsədilə 6 milyard ABŞ dolları məbləğində vəsait sərf edib. 2015-ci ildə ümumi daxili məhsulun 0,75 faizi humanitar yardımlara yönəldilib. Beləliklə, dünyadakı bütün humanitar yardımın beşdə biri Türkiyənin payına düşür.

Bu göstərici üzrə birinci yeri 6,3 milyard dollarla Amerika Birləşmiş Ştatları tutur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.