DÜNYA


Türkiyə hərbi aviasiyası Suriyada 25 PKK/PYD terrorçusunu məhv edib

A+ A

Bakı, 28 avqust, AZƏRTAC 

Türkiyə Silahlı Qüvvələrinin aviasiyası Suriyanın şimalında yerləşən Cerablus şəhərində PKK və onun Suriya qolu PYD-nin mövqelərini bombalayıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, PYD-nin Türkiyə ordusunun dəstəklədiyi Azad Suriya Ordusuna və Türkiyə hərbi qüvvələrinə atəş açmasından sonra qırıcı təyyarələr terrorçuların istifadəyə etdiyi 5 binanı bombalayıb, 25 silahlı məhv edilib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əməliyyatlar zamanı mülki şəxslərin zərər görməməsinə xüsusi diqqət yetirildiyini bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.