Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Türkiyə ictimaiyyəti: Ölkə sərhədlərinin pozulması yolverilməzdir

Türkiyə ictimaiyyəti: Ölkə sərhədlərinin pozulması yolverilməzdir

İstanbul, 27 noyabr, AZƏRTAC

Noyabrın 24-də Rusiyaya məxsus hərbi təyyarənin Türkiyənin dövlət sərhədini dəfələrlə pozduğu üçün zərərsizləşdirilməsi qardaş ölkədə ən başlıca müzakirə mövzusu olaraq qalmaqdadır. Rəsmi şəxslər, siyasi partiya və ictimai təşkilat rəhbərləri və tanınmış simaların, o cümlədən sıravi vətəndaşların mövqeyi birmənalıdır: Ölkə sərhədlərinin pozulması yolverilməzdir.

Rusiya rəhbərliyinin çağırışlarına cavab olaraq Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin sərhədi pozulduğu üçün ondan üzr istənilməlidir. Mövzu ətrafında fikirlərini bölüşən xarici işlər naziri Mövlud Çavuşoğlu isə deyib ki, Türkiyə haqlı olduğu məsələdə heç zaman üzrxahlıq etməz.

Rusiya ilə hərtərəfli geniş əlaqələrin mövcud olduğunu qeyd edən hökumət nümayəndələri hesab edirlər ki, Türkiyə əməkdaşlıq münasibətlərinin qorunmasında maraqlıdır. Lakin milli təhlükəsizliyin müdafiəsinə daha böyük önəm verilir. Dövlət sərhədinin pozulmasının qarşısının alınması və bu məsələdə rəsmi şəxslərin mövqeyi siyasi partiya rəhbərləri tərəfindən də ciddi dəstək alıb.

Ən son məlumata görə, Rusiya Federasiyasının Ankaradakı səfiri Andrey Karlov noyabrın 26-da Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Türkiyənin Moskvadakı səfirliyinə qarşı törədilən xoşagəlməz hadisə, o cümlədən Rusiyada fəaliyyət göstərən Türkiyə şirkətlərinə və türkiyəli iş adamlarına qarşı qanunsuz təzyiqlərin yolverilməzliyi səfirin diqqətinə çatdırılıb.

Qeyd etmək lazımdır ki, əslində Türkiyənin diplomatik korpusuna və türkiyəli iş adamlarına qarşı bu ədalətsiz mövqe bir daha Rusiyanın xarici vətəndaşlar üçün təhlükəsiz fəaliyyət şəraiti olmayan ölkə imicini daha da dərinləşdirəcəkdir.

Türkiyə tərəfi hesab edir ki, mövcud vəziyyət müzakirələr yolu ilə qarşılıqlı anlaşma şəraitində aradan qaldırılmalıdır. Hadisələrin gedişatı isə göstərir ki, hər iki dövlətin zəifləməsində maraqlı olan bir sıra xarici qüvvələr münasibətlərin daha da kəskinləşməsi üçün ciddi səylər göstərirlər. İqtisadçı ekspertlərə görə, ticarət və iqtisadiyyatın digər sahələrinə aid əlaqələrin pozulması həm Rusiya, həm də Türkiyə üçün milyardlarla ABŞ dolları məbləğində itkilərə gətirə bilər. Eyni zamanda, mövcud əlaqələrin pozulması illərdən bəri qazanılmış bazarların qarşılıqlı itkisi ilə də nəticələnər.

Məlum olduğu kimi, Türkiyə ərazisi Rusiya üçün ən böyük neft və qaz bazarıdır. Türkiyə isə qarşı tərəfə daha çox geyim və ərzaq məhsulları, tikinti materialları ixrac edir. Qarşılıqlı turizm hər iki tərəfə böyük mənfəət gətirir. Yaranmış xoşagəlməz vəziyyət tərəflərə ciddi zərər vursa da, dövlət maraqları mövcud mövqelərin qorunmasını tələb edir. Lakin ən əsası odur ki, strateji əhəmiyyət daşıyan sahələrə aid neft–qaz və nüvə enerjisi əməkdaşlığında problemlər müşahidə olunmur. O da məlumdur ki, Rusiyanın “Rosatom” şirkəti Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyasını inşa edir. Hələlik bu tikintidə və təbii qaz nəqlində axsamalar yoxdur. Suriya məsələsində Rusiya və Türkiyənin mövqeləri nə qədər ziddiyyətli olsa da belə, heç şübhəsiz ki, neft–qaz sektoru və nüvə enerjisi xüsusi əhəmiyyətli strateji layihələrə daxil olan sahələr olduğu üçün tərəflərin bu əməkdaşlıqlardan vaz keçəcəyi inandırıcı görünmür. Hər halda Rusiya rəhbərliyi nəzərdən qaçırmaz ki, Yaponiya, Çin Xalq Respublikası və bir sıra Avropa ölkələri nüvə enerjisi sahəsində Türkiyə ilə əməkdaşlığa ciddi meyil göstərirlər.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan noyabrın 26-da çıxışında ölkəsinin enerji təchizatından bəhs edərkən diqqətə çatdırdı ki, onun ölkəsi Azərbaycan, İran, İraq və digər ərəb ölkələrindən təbii qaz və digər karbohidrogen məhsullar alır. Əslində dövlət başçısının bu fikirləri Türkiyənin enerji təhlükəsizliyi üçün çoxşaxəliliyin oynadığı əhəmiyyətli rola işarə kimi də başa düşülməlidir.

Bütün bunlar deməyə əsas verir ki, cari ilin dekabrında BMT-nin Fransada keçiriləcək toplantısında Rusiya və Türkiyə rəhbərləri mövcud gərginliyi aradan qaldırmaqdan ötrü müzakirələr üçün yaranmış şansı əldən verməyəcəklər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar VİDEO

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH