QAN YADDAŞI
Türkiyə ictimaiyyəti ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımılarına kəskin etiraz nümayiş etdirir
İstanbul, 1 aprel, AZƏRTAC
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qardaş Türkiyənin ictimai-siyasi həyatında da özünə geniş yer alıb.
Azərbaycanlıların soyqırımı ilə bağlı Qars şəhər bələdiyyəsinin rəhbəri Murtaza Karaçanta, Qars vilayətinin Arpaçay rayon bələdiyyəsinin sədri Erçetin Altay, İqdır-Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal, İqdır-Azərbaycan Dili, Tarixi və Mədəniyyətinin Yaşadılması və Dəstəklənməsi Dərnəyinin sədri Ziya Zakir Acar və başqalarının açıqlamaları yerli media qurumları tərəfindən yayılıb.
Ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətlərə kəskin etiraz edən Türkiyə ictimaiyyətinin nümayəndələri xalqımızla həmrəy olduqlarını bildirib, müraciət və məqalələrdə dünya birliyinə müvafiq çağırışlar ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul