DÜNYA


Türkiyə ilə sərhəddə yerləşən Cerablus qəsəbəsi İŞID-dən azad edilib

A+ A

İstanbul, 24 avqust, AZƏRTAC 

Azad Suriya Ordusu (ASO) Türkiyə ilə sərhəddə yerləşən Cerablus qəsəbəsini İŞİD terrorçularından təmizləyib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, döyüşlər zamanı Türkiyə Silahlı Qüvvələri itki verməyib. ASO döyüşçülərindən birinin həlak olduğu bildirilir.

Bir qədər əvvəl sərhəddəki Keklicə kəndi də İŞİD-dən geri alınmışdı.

Xatirladaq ki, Türkiyə Silahlı Qüvvələri ötən gecədən etibarən Suriya ərazisində hava və yerüstü əməliyyatlar keçirir. Hərbi əməliyyatların məqsədi Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etməkdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.