DÜNYA


Türkiyə istehsalı olan SOM raketi terrorla mübarizədə istifadəyə hazırdır

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

Türkiyənin milli istehsalı olan və həssas idarəolunan SOM raketi terrorla mübarizədə istifadəyə hazırdır.

AZƏRTAC Türkiyənin TRT kanalına istinadla xəbər verir ki, SOM qardaş ölkənin istehsal etdiyi yüksək standartlara uyğun olan silahlardan biridir. SOM raketi 500 kilometr məsafədə yerləşən, güclü mühafizə olunan quru və dəniz hədəflərini son dərəcə dəqiqliklə vura bilir. Raketin ən əsas xüsusiyyəti çətin iqlim şəraitində dözümlü, yüksək partlayıcı təsiri malik olmasıdır. Bu silahın bütün komponentləri Türkiyədə istehsal olunur.

SOM raketi naviqasiya, qlobal yerləşdirmə sistemləri və görüntüləmədə infraqırmızı axtarış başlığına sahibdir. Qırıcı təyyarələrdən ayrılandan sonra qanadları açılaraq hərəkət edən raketin mühərriki bir qədər sonra çalışmağa başlayır və naviqasiya sistemi əsasında hədəfə doğru istiqamət götürür. GPS siqnalı kəsildikdə, yaxud qarışdırıldıqda belə əvvəldən qəbul edilən məlumatlar sayəsində düzgün istiqamətdə hərəkət edir və hədəfə dəqiqliklə yaxınlaşır. Beləliklə uzun məsafədəki hədəfləri hava şəraitindən asılı olmayaraq, asanlıqla və dəqiq vura bilir. Raketin xarici görünüşü onun qarşı tərəfin hava müdafiə sistemlərinin radarlarından gizlənməsinə imkan verir.

Hazırda SOM-u daha da inkişaf etdirmək və atəş məsafəsini 500 kilometrdən 2500 kilometrədək artırmaq üçün iş aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.