DÜNYA


Türkiyə konsorsiumu “Akkuyu” layihəsinin 49 faizini alır

Moskva, 20 iyun, AZƏRTAC

Rusiyanın “Rosatom” şirkətinə məxsus “Akkuyu Nükleer” layihə şirkəti və Türkiyənin “Cengiz”, “Kolin”, “Kalyon” (СКК) konsorsiumu “Akkuyu” AES-in 49 faizinin türkiyəli sərmayədarlara verilməsi barədə razılıq əldə ediblər. CKK-nın “Akkuyu” AES layihəsinə daxil olmasının şərtləri barədə sənəd Moskvada keçirilən “Atomekspo-2017” sərgisi çərçivəsində imzalanıb.

Beləliklə, CKK konsorsiumu “Akkuyu Nükleer”in 49 faizinə, “Rosatom” isə 51 faizinə sahib olacaqlar. Sövdələşmənin dəyəri bu ilin sonunda saziş imzalananadək açıqlanmayacaq.

“Rosatom” şirkəti baş direktorunun birinci müavini Kiril Komarov jurnalistlərə bildirib ki, bu, xarici şirkətlərin Rusiyanın öz sərhədlərindən kənarda həyata keçirdiyi layihələrə yatırılan ən iri sərmayədir, eləcə də son 17 ildə atom energetikasına qoyulan ən böyük özəl investisiyadır. “Energetika sahəsində bir çox layihələri uğurla reallaşdırmış belə güclü tərəfdaşlarla işləmək bizim üçün vacibdir”,- deyə K.Kamarov bildirib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.