DÜNYA


Türkiyə mayda xam neft idxalını 7,4 faiz artırıb

A+ A

Bakı, 1 iyul, Nihad Budaqov, AZƏRTAC

Türkiyə mayda aprel ayı ilə müqayisədə 7,4 faiz artımla 2 milyon 89 min 647 ton xam neft idxal edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatında deyilir. Qeyd edilir ki, bu həcm apreldə idxal edilən 1 milyon 945 min 143 ton xam neftə nisbətdə 7,4 faiz çoxdur.

Türkiyə bu ilin ilk 5 ayında isə 9 milyon 524 min 510 ton xam neft idxal edib. Bu müddətdəki xam neft idxalı keçən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artıb. 2015-ci ilin 5 ayında Türkiyə 9,1 milyon ton xam neft idxal etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.