İDMAN


Türkiyə millisi növbəti turda Əmrə Morsuz qalıb

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Türkiyə yığması 2018-ci il dünya çempionatının seçmə mərhələsində ciddi itki ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, “ay-ulduzlular”ın liderlərindən olan Əmrə Mor son turda sarı kartla cəzalanıb.

Gənc yarımmüdafiəçinin İslandiya yığması ilə matçda aldığı sarı vərəqə onun üçün cari seçmə mərhələdə ikinci olub. Nəticədə Mor cəzalı vəziyyətə düşüb. Bununla da Türkiyə millisi 0:2 hesabı ilə uduzduğu səfər oyununda növbəti zərbəni alıb. Mor qrupda dördüncü turun noyabrın 11-də keçiriləcək Kosovo yığması ilə ev oyununu buraxmalı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.