DÜNYA


Türkiyə ordusu Suriyada 48 İŞİD yaraqlısını məhv edib

A+ A

Bakı, 9 yanvar, AZƏRTAC

Türkiyə ordusunun bazar günü Suriyada apardığı yerüstü və hava əməliyyatlarının gedişində İŞİD terror qruplaşmasının azı 48 yaraqlısı öldürülüb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyatlar zamanı terrorçular tərəfindən istifadə olunan məxsus 23 bina, həmçinin sığınacaq məhv edilib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən Azad Suriya Ordusu ilə birlikdə “Fərat qalxanı” əməliyyatı həyata keçirir. Əməliyyatın məqsədi Suriya ilə həmsərhəd rayonları terrorçulardan təmizləmək və orada qaçqınların qayıtması üçün təhlükəsiz zona yaratmaqdır. Hazırda İŞİD-i Əl-Bab şəhərindən vurub çıxarmağa cəhd göstərilir.

Əməliyyatın başladığı vaxtdan indiyədək 2820 əldəqayırma partlayıcı və 43 mina aşkarlanaraq zərərsizləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.