DÜNYA


Türkiyə ordusu Suriyanın Əl-Bab bölgəsində İŞİD terrorçularına sarsıdıcı zərbə endirib

İstanbul, 25 dekabr, АZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində İŞİD terror təşkilatına məxsus 140 hədəf bombalanıb. Bombardman nəticəsində 12 terrorçu məhv edilib.

Türkiyə KİV-lərinin məlumatına görə, Əl-Bab və Bzagah bölgələrindəki sonuncu əməliyyatlarda terrorçuların 6 müdafiə barrikadası və silah anbarı dağıdılıb. Bundan başqa, 53 bomba ələ keçirilib, 2161 yerdə quraşdırılmış partlayıcı maddə, o cümlədən 42 mina zərərsizləşdirilib.

Qardaş ölkə rəsmiləri, o cümlədən siyasi partiyaların rəhbərləri bəyan ediblər ki, Əl-Babın terrorçulardan təmizlənməsi Türkiyənin təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Odur ki, Türkiyə tərəfi Əl-Bab bölgəsinin terrorçulardan tamamilə təmizlənməsində israrlıdır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.