DÜNYA


Türkiyə ordusuna məxsus iki tank vurulub VİDEO

A+ A

İstanbul, 7 sentyabr, AZƏRTAC 

Suriyanın Vukuf bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus iki tank İŞİD terrorçuları tərəfindən vurulub.

Rəsmi məlumata görə, bu bölgədə terrorçularla döyüşlərdə 2 əsgər şəhid olub, 4-ü yaralanıb. Yaralı hərbçilər helikopterlə Türkiyəyə gətirilib.

Bildirilir ki, son əməliyyatlar sayəsində Koalisiya qüvvələrinin dəstəyi ilə Azad Suriya Ordusu bölgədəki Vukuf və Sadvi kəndlərini İŞİD terrorçularından təmizləyib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.