DÜNYA


Türkiyə parlamenti İsraillə münasibətlərin nizamlanmasına dair sazişi təsdiqləyib

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisi Təl-Əviv və Ankara arasında münasibətlərin nizamlanmasına dair sazişi ratifikasiya edib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, sənədə əsasən İsrail 2010-cu ildə ölkələr arasında münasibətlərin korlanmasına gətirib çıxaran “Mavi mərmərə” insidenti nəticəsində həlak olanların ailələrinə 20 milyon dollar təzminat ödəməlidir.

İsrail ilə Türkiyə münasibətlərin tənzimlənməsi barədə sazişi iyunun 28-də imzalayıblar. Sənədin qüvvəyə minməsi üçün onu hər iki ölkənin parlamenti təsdiq etməlidir. Saziş ratifikasiya edildikdən sonra səfirlərin mübadiləsi baş tutacaq. Həmçinin tərəflər insidentlə bağlı iddialardan imtina edəcək, İsrail hərbçiləri cinayət və hüquqi məsuliyyət daşımayacaqlar.

Xatırladaq ki, 2010-cu il mayın 31-də İsrail ordusunun əsgərləri Qəzza sektorunun blokadasını yarmağa çalışan gəmilərə hücum etmişdi. İnsident nəticəsində gəmilərdə olan 9 türk öldürülmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.