DÜNYA


Türkiyə parlamenti dövlət çevrilişinə cəhdin araşdırılması üçün komissiya yaradır

A+ A

Bakı, 27 iyul, AZƏRTAC 

Türkiyə Böyük Millət Məclisi iyulun 15-də ölkədə baş vermiş dövlət çevrilişi cəhdinin araşdırılması üçün komissiya yaradacaq.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, komissiyanın yaradılması barədə qərar müxtəlif partiyaların təklifləri nəzərə alınaraq qəbul olunub. Hadisələri araşdırmaq üçün komissiyaya üç ay vaxt veriləcək.

Türkiyənin Baş naziri Binəli Yıldırım “The Guardian” qəzetinə müsahibəsində deyib ki, dövlət çevrilişinə cəhddə əli olanlar saxlanıldıqdan dərhal sonra səhvlərini etiraf ediblər. Alınan ifadələr çevriliş planının xeyli vaxtdır hazırlandığını deməyə əsas verir.

Böyük Britaniyanın “Sky News” televiziyasına müsahibəsində isə Baş nazir vurğulayıb ki, çevriliş cəhdini türk ordusunun içərisindəki bir qrup törədib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsddə iştirak edən hərbçilərin axtarışı məqsədilə Marmarisdə əməliyyatlar genişləndirilib.

Ölkənin demək olar ki, bütün bölgələrində demokratiyaya dəstək mitinqləri davam edir. Türkiyə bayraqları ilə meydana toplaşan vətəndaşlar demokratik yolla seçilmiş hökumətə dəstəklərini bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.