SİYASƏT


Türkiyə parlamentinin sədri Polşada Azərbaycan diasporunun üzvləri ilə görüşüb

A+ A

Bakı, 31 avqust, AZƏRTAC 

Azərbaycan və türk diasporu daha sıx əməkdaşlıq etməli, inkişaf üçün birlikdə addımlamalıdır.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman Polşadakı Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüşdə belə deyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Zəfər bayramı münasibətilə Türkiyənin Varşavadakı səfirliyində təşkil olunmuş tədbir çərçivəsində Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd və onun müavini Rəsul Məmmədov ilə görüşən TBMM-in sədri Azərbaycanla Türkiyənin dostluq, qardaşlıq münasibətlərindən, eləcə də hər iki diasporun birgə fəaliyyətinin vacibliyindən danışıb. O bildirib ki, Polşada və digər ölkələrdəki Azərbaycan və türk diasporu əməkdaşlığı gücləndirməli, inkişaf üçün birlikdə addımlamalıdır.

Polşada Azərbaycanlı Gənclər Şurasının təmsilçiləri bu ölkədəki türk diasporu ilə uğurlu işbirliyindən söz açıblar. Görüşdə Yunus Əmrə İnstitutu, Polşa Türk Dərnəkləri Federasiyası ilə birgə keçirilmiş tədbirlər barədə qısa məlumat verilib. Qeyd olunub ki, Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” ilə bağlı haqsız qərarının digər ölkələrdə də təkrarlanmaması üçün iki qardaş xalqın diasporu birgə səyləri artırmalı və məqsədyönlü fəaliyyət göstərməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.